Əgərçi həşrdə peyda o sərvqamət olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Könüldə zəxmimi qanlı sirişkim etdi əyan,Dənizdə qan balığın zəxminə əlamət olur.
Əgər o mahı Züleyxa görə bu surət ilə,Həvayi-Yusif ona mayeyi-nədamət olur.
Məgər qiyamə gəlibdir qiyaməti-kübra,Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur.
Qədinlə fitneyi-axırzaman olur peyda,Bu fitnədən özünü saxlayan səlamət olur.
Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım,Kəmali-lütfdür ol, qayəti-kəramət olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qədin xəyalını hər vəqt kim salır yadə,Mizaci-Seyyidi-dilxunə istiqamət olur.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-egerci-hesrde-peyda-o-servqamet-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Niqtə gəl bülbüli-təbim ki, əcəb halətdir,Qıl təkəllüm ki, çəkim nəzmə düri-qəltani.
Xoş ol zaman ki, yar mənə həmzəban idiXoş ol zaman ki, yar mənə həmzəban idi,Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eyləBəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə,Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,
Guş qıl ey ki, bilirsən özüvi vaqifi-karGuş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,