Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yaduva hərdəm,Hərçənd ki, yad etməgi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir gögdə hilalə,Bu nalələr ol əxtəri-səyyarım üçündür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sən də gedibən ağla öz əhvaluva, Seyyid,Fəryadü fəğanım mənim öz yarım üçündür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq