Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır,Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.

Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb,Tez tapar rəxnə, bəli, bir yer ki, su oynağıdır.

Ləşkəri-qəm könlümün mülkini viran eylədi,Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır.

Vaiza, təqrir qılma çox da ruzi-həşrdən,Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır.

Hər yetən şuxi-cəfapişə mənə, eylər sitəm,Bu bəla çəkmiş vücudum xublər tapdağıdır.

Lalələr kim, baş verib xaki-məzarımdan çıxar,Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Lütf edib bir gün nolur sorsan pərişan halımı,Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq