Məni bir qələm qaşlınınNazı öldürdü-öldurdü.Çiyni xurmayı saçlınınSözü öldürdü-öldürdü.

Ağ əllərə hana yaxdı,Zülfünü boynuma taxdı,Naz eləyib mənə baxdı,Gözü öldürdü-öldürdü.

Yar başına dolanmazdım,Eşq oduna qalanmazdım,Əğyar olsaydı yanmazdımÖzü öldürdü-öldürdü.

Dəryalarda olar ada,Mənə gəlsin yardan qada,Bilalı yar, bir də bada,Düzu öldürdü-öldürdü,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq