Allah bu zalım divanıYıxıb bir dəyişərmi ola?İlahidən yanan çıraqBizim yurda düşərmi ola?

Əyilməz möhkəm vüqarım,Tükənməzdir arzularım,Görən, ya Rəbb, intizarımÜrəyimi deşərmi ola?

Qan ağlayır tamam hər yan,Tapılmamış dərdə dərman,Boran, çiskin, bu kor duman,Bu dağlardan aşırmı ola?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq