Kəklik
Vurulmuşam camalına,Gəl dərdimi qan, a kəklik.Gəlin kimi ayağına,Sən qoymusan xına, kəklik.
Başın yaşıl, gözün qara,Oxşayırsan nazlı yara,Qaçma bizdən uzaqlaraQal bu yerdə, sona kəklik.
Qış sovuşub yaz gələndə,Qız, gəlinlər gül dərəndə,Onlara gəl qarış sən də,Qaçma məndən yan, a kəklik.
Azad dolan bizim yerdə,Son qoymuşuq qəmə, dərdə,Aşıq Bilal məclislərdəNəğmə desin sana, kəklik.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-mirze-bilal-keklik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu ədavət nədir, balam,Düşüb millət arasına?
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Başına döndüyüm, a Şirvan əhliBaşına döndüyüm, a Şirvan əhli,Nə şəhər əhliyəm, nə də kənd əhli.
Bir tikəÇörək müqəddəsdir, çörək əzizdir,İnsanları yaşadandır bir tikə.
Başqa şairlərin şeirləri
Gülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
MeynələrTənək də deyirlər ona, meynə də,Salxım övladları gilə-gilədir.
Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdurKönül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur,Yetişsə aşinadən-aşinayə hər cəfa, xoşdur.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی