Başına döndüyüm, a Şirvan əhli,Nə şəhər əhliyəm, nə də kənd əhli.Qəfil məni bir dilbilməz ovladı,Gecə-gündüz başı müsibətdəyəm.

Sinəmə ox dəyib, yaram ağrıyır,Təbiblər bilməyir haram ağrıyır,Taqətim yoxdur ki, duram yeriyəm,Gör nə sevdalıyam, Məcnun dərdliyəm.

Görmüşəm, sevmişəm, olmuşam bihal,Atam Mustafadır, öz adım Bilal,Yediyim-içdiyim olubdur halal,Soruşsaz əslimi, mən qəşədliyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri