Könül, eşq əhlinə yetsə əgər yüz min bəla, xoşdur,Yetişsə aşinadən-aşinayə hər cəfa, xoşdur.

Cahanda dövlətü mülk ilə malə etmərəm rəğbət,Qapında ruzü şəb, şahim, mənə qürbü gəda xoşdur.

Şikayət etmərəm çərxi-sitəmkarın cəfasından,Cəfayi-çərxdən olsa əgər qəddim duta, xoşdur.

Qəribasa könül eylib vətən ol zülfi-mişkinin,Düşübdür seydvəş damə, yəqin eylüb xəta, xoşdur.

Kəsilsəm ney kimi gər bənd-bəndimdən fərağında,Fəqanü nalə tərkin qılmaram, ey məh, nəva xoşdur.

Könül istər məkan tutsun gecə-gündüz o zülf içrə,Necə divanəyə zəncirə olmaq mübtəla xoşdur.

Bəlanı arizu eylər bu Vahid, mübtəla olsun,Bəli, eşqin yolunda aşiqə, ey gül, bəla xoşdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq