Qılmayan canın fəday ol dilbəri-cananına
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Bilməmiş ki, can nədir, canan nədir, məna nədir,Bu sözi görən bilür şol Vahidin ərkanına
Piri bil mürşidi bil ərkanı təhqiq eyləgil,Kim ki, təhqiq etmədi qəsd eylədi imanına.
Bil rəfiqin piridür mürşid mürəbbi yol tariq,Xalisən məhlus piri bilmiş bular damanına.
Kir-ü isyandan dilərsən gər vücudun pak ola,Sidq ilə sadiq olur gir tövhidin ümmanına.
Məclisi-irfana varın bəxş edən mərdan olur,Qıl fəday canın Həqiqi böylə məclis xanına
Aləl-Həqiqi rəhmətullahi
Kitabxana.az · https://kitabxana.az/works/cahansah-heqiqi-qilmayan-canin-feday-ol-dilberi-cananina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim məktubum sənə çatanda xalqı özündən və öz söhbətlərindən uzaq etməyin gərək idi, yanında olan müridləri toplayıb sakit olmalısan, mən sənin sufilərindən xatircəm deyiləm. Cahillərə uyub qiyamdan dəm vurursan, ürəyində səltənət arzusu yer tutsun, asan gedən işlər çətinə düşsün və hər iki tərəfdən minlərlə qan tökülsün? Əgər mənim sözümü dinləməsən, bu həddini aşan hərəkətlərindən imtina etməsən yaxın vaxtda sənin və müridlərinin qovulması mənim üçün vacib olacaqdır.
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.