Dinlə, Xavər!
Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,Mənim taleyimə yanma, sevgilim!Lakin bu dəhşətə baxma yad kimi…
Solsa da qüssədən al yanaqların,Sən bu müsibəti qəlbində saxla…Dil açsın hər yerdə gül dodaqlarınBir əxlaq, bir sevgi, bir qanacaqla.
O zaman mənim də ruhum şad olar,Qəbrim çiçək açar bu ülfətinlə;Sorsalar nə qaldı məndən yadigar?Dayan heykəl kimi məhəbbətinlə!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-dinle-xaver
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
آن کس که نشان داد برون از دو جهانشسرگشته تر از تیر هوایی است نشانش
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
İnciməsinQədəm qoyub yar bağına gələndəElə gəl, elə get, yol inciməsin.