Deyirlər arabir arxamca baxıbSadə geyimimdən gileylənirsən.Bəzən də yuxudan yarımçıq qalxıb,Titrəyib, döyünən o qəlbinlə sənSadə geyimimdən gileylənirsən.Omrümün ən yoxsul zamanlarındanMəndə bu sadəlik bir adət olmuş.Başqadır güzəran, başqadır insan.Könlüm azad gəzən havalı bir quş –Mandə bu sadəlik bir adət olmuş,Bir də sevgilimi aldatmaq üçünDəyişib cildimi başqalaşmadım.Böyük bir hünərim yoxsa da bu gün,Necə olsa, yenə şairdir adım;Dəyişib cildimi başqalaşmadım.Səndən əvvəlkilər uymuş zinətə,Yaşamış dünyada simuzər üçün.Nə qəlbə yanmışdır, nə məhəbbətə...Qadın böyüdülmüş yalnız ər üçün:Yaşamış dünyada simuzər üçün.Hər daşı qaldırıb altına baxsan,Ordan unudulmuş bir nalə gəlir...(Sən həyata görə hələ uşaqsan)Dünyada hər nə ki, xəyala gəlir –Ordan unudulmuş bir nalə gəlir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri