Bu gün mənimSağlam bədənimdə qan-tərə batanVə yatanBir saat kimiqəlbimiBir şad xəbər salamladı:Dedilər: "Sinif qovğasıdır"Gələcək hərbin adı.İgid bir əsgərvə qəhrəmanBir komandan kimi bəzənİçimdə mənQalın və dolama yollar aşaraq –Şrak!Şrak!Şrak!Atılan güllələrə sinə gərirəm,Düşmən ordugaha yol göstərirəmvə deyirəm:Qollarında qüvvət,Ürəyi sağlam bir gənc üçünYaralanmış bir göyərçin kimiQanadlarını sallayaraqUcuz ölmək gülncdür.Burax, dedim -Məni burax!Dayanılmaz hərəkət...Azad nəfəs aldığım bu məmləkətHalal etməz igidlərin qanını,Mən hücumdan geri qalsam!Dəmirdir əsam.Nişan alsalar da gözlərimin qarasına –Bolşevik qəlbimlə,hazıram mən dəGələcək sinif qovğasına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri