Nəbilərin,kralların,şahlarınölümünə qərar yazırıq!Bizhərb istəmirik,hərbə hazırıq.Yoldaş firqə!Qanımız,canımız,bütün həyəcanımızGünəşin istisilə doludur.BiziQaranlıqdanişığa çıxaranvə hər zənciri qıranSon məqsədinson yoludur.Bu yolun yolçusudaşqın bir suVə dənizlər kimi dalğalanan,Dəmir qapılardan intiqam alanProletar!..Bölük-bölük,qatar-qatarçoxaldıqca nəslimiz,Dünyanın hər yerində biz.Gözlərimiz ayıqoxumalıyıqbeynəlmiləl havasını,Buson əməlhavasını.Qoyqarımış kapitalınÇürükvə laxlamışdişləri ağarsın...Qoyonların,O ipək döşəməlisalonlarınhər bəxtiyarlığı,bütün varlığıheçliyə varsın!Qoydəmir barmaqlarımızSoyuqvə qaranlıq gecələrinbağrını dəlsin!Düşmən qüvvələrqarşı-qarşıya gəlsinvə başlansınYerləri,göylərititrədən bir hərb;Cənub,Şimal,Şərq,QərbBölünsün iki düşmənvə barışmaz cəbhəyə!O zamanmən"daloy istismar!" – deyə,qızıl süngümü soxmaliyampiyli və yekə qarınlara!Vurduğum yaragərək bir də sağalmasın!Düşmən ordugahdannişan qalmasın!Nəbilərin,kralların,şahlarınölümünə qərar yazırıq!Biz hərb istəmirik,hərbə hazırıq!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri