Çata-çat
Həllac gələr, dağlar atar yayınan,Qayalardan səngi salar çata-çat.Ya qanginən, deyilənə ya inan,Xeyir, şərin çəkəcəklər çata-çat.
Dilin dəysə o narazı nara hey,Ərəsətdə atacaqlar nara, hey,Nar içində ha çəkərsən nara, hey,Ətin ərir, əzan yanar çata-çat.
Yazıq Hüseyn, yaşın yetdi daha sən,Cəhd elərsən, yekin yetər dəha, sən,Nə anlarsan, nə qanarsan daha sən?Səksən il də dərs alasan çata-çat.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-semkirli-cata-cat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay həzarat, tərif edin, nə xoşdu çağı Güllünün,Əmməyə də ləzzət verir zülal dodağı Güllünün,
İçindəÇox gözəllər görmüşəm huri-qılman içində,Morulun xalqındadı, yoxdu cahan içində,
MərdAnalar oğlan doğanda qoy doğsun oğlanı mərd,Atası kamil olan tez tapar dövranı mərd,
VerirBir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.