Bir az gülmək üçün
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?Bu qaranlıq gecələr həmişəlikmi əşin?Mən də bir insanam, ah! Məna ver sözlərimə,Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;Hər çiçəyi, hər gülü, hər qadını, hər qızıOxşamaqdan yoruldum;Başqalşmaq istərəm.Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.Arzularım çoxalır, mən acizəm uçuşda,Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda…O qaranlıq gecədə mən itirdim yolumu,Həyat bükdü belimi… Həyat qırdı qolumu…Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!Bu nəşəsiz günlərin, söylə, nə mənası var?Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir…Bəlkə də hər şirinlik bir acılıq yeməkdir…Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,Yordu mənim beynimi bu saysız bilməcələr.Sorsalar bu pərdəli fəlsəfələr neçindir?Deyin bu göz yaşları bir az gülmək üçündür.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-bir-az-gulmek-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qanadlan hüsni-eşq ilə! Məkanın asimanlardır;Gül üzlü bir səhərsən ki qucağında bahar vardır.
Zəfər təranəsiAlay-alay, qoşun-qoşun yürüdükcə mənim ordum,Zülmətləri şimşək kimi yarıb keçdi, ana yurdum.
İstiqbal təranəsiGünəşlər, aylar, ulduzlar vüqar ilə dolaşdıqca,Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca,
Şair, nə tez qocaldın sən?!Bülbül olub düşdüm bağa,Nalə çəkdim sola, sağa.
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,