Ay Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.

Köhnələrin hamısı bu işə etmiş qiyam,Güclülər acizlərin baş-gözün əzsin tamam.Bu işi bərk tutmağa razı olub xasü am.Başlayıb acizlərin baş-gözü qan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.

Sonra bu şairlərin hamısını döyməyə,Şairə şey satmayıb, lap üzünə söyməyə;Çünki olar qoymayır xalq özünü öyməyə,Hamısı məhkum olub həsrəti-nan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.

Bir də bu məktəblərin hamısını yıxmağa,Həm də müəllimlərin burnunu bərk sıxmağa,Qət eləyib cümləsi şəhri qoyub çıxmağa,Dağlı kimi dırmaşıb dağda çoban olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.

Sonra da bu tazələr böylə ediblər yəmin,Hamısı tərk eyləsin möhnəti, dərdü qəmin,Maryanı bərk-bərk tutub, evdə ata həmdəmin,Çox-çox içib vodkanı gündə piyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.Mən də ki, and içmişəm bir də “Qəyur” olmayım.Indi ki, yoxdur yerim, göydə tüyur olmayım,Səhni-səmadan düşüb əhli-qübur olmayım.Olmayıram mən qəyur, dərdə nişan olmağa,Mən oluram kəmşüur sahibi şan olmağa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən