Alay-alay, qoşun-qoşun yürüdükcə mənim ordum,Zülmətləri şimşək kimi yarıb keçdi, ana yurdum.Neçə ulduz yanıb söndü, keçdi tufan, doğdu səhər,Bahar donlu, şaxta üzlü bir yol keçdi bizimkilər.Üfüqlərə şölə saldı, baxtımızın dan ülkəri,Bu dağlara salam verdi, al günəşin şəfəqləri.Boranların, zülmətlərin yaman üzü bərk olarmış,Lakin insan qüdrətinin ilahi bir eşqi varmış.Yaralanmış ana torpaq öz bağrına basdı bizi,Sinəsinə qanla yazdı, bizim həyat eşqimizi.Baxıb Vətən dünyasının min pərişan gülzarına,Biz and içdik səhər-axşam şəhidlərin məzarına.Biz and içdik anaların, balaların fəryadına,"Süngümüzlə heykəl quraq, hər igidin öz adına".Gəlib keçdi başımızdan, ağır aylar, ağır illər,Alovların qucağında nəfəs aldı bizim ellər.Ağır toplar dilə gəldi ana yurdun haqq səsindən,Zaman görmüş, dünya görmüş bir torpağın nəfəsindən.Od parladı qara üzlü, ilan başlı zülmət üstə,Bəxtiyarlıq qılınc çəkdi ölüm üstə, möhnət üstə.Bu günlərin yazılmamış dastanını varaq-varaq,Qərinələr bizdən sonra şeir kimi oxuyacaq.

Gözün aydın, haqq ordusu, gözün aydın, qızıl əsgər!Min bir zəfər müjdəsidir addımından qopan səslər.Sənin şahin gözlərində insanlığın vüqarı var,Taleyinə yazılmışdır bir səadət, bir də bahar.Sənin şanlı bayrağının ilk andıdır xilaskarlıq,Qoy isinsin nəfəsindən boran görmüş bütün varlıq.Yollarına çiçək səpir, macar oğlu, yunan qızı,"Gəl, ölümün pəncəsindən qurtar, — deyir, — haqqımızı".Sən süngünü sancan zaman Əhrimənin ürəyinə,Qoca Hürmüz qovuşacaq öz müqəddəs diləyinə.O vaxt ölüm kabusu da öz qanına bulanacaq,Həyat eşqi günəş kimi asimanlar dolanacaq.

O vaxt əsər qalmayacaq bir fəlakət, bir də şərdən,Səadətsə bahar kimi don geyəcək şəfəqlərdən.Uğur olsun, Qızıl Ordum, bu azadlıq səfərinə,Salam yetir mən dediyim o qurtuluş səhərinə.Alqış sənin qəlbindəki o müqəddəs məhəbbətə!Alqış sənin qolundakı, süngündəki o qüdrətə!Bu günlərin yazılmamış dastanını varaq-varaq,Qərinələr şeir kimi bizdən sonra oxuyacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar