Oktyabr
Sən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.Mən səndən almışam eşqi, ilhamı,Sən şair ömrünün ilk baharısan.
Əyninə geydiyin o qızıl köynəkİgidlər qanından bir yadigardır…Gəl, əziz bayramım, bir də öpüşək,Eşqinlə yaşayan nə bəxtiyardır!..
O gün ki, aləmə yayıldı şölən,Dağlar öz donunu lalədən biçdi;Hər qəlbə gün kimi yayıldıqca sən.Şöhrətin iqlimdən iqlimə keçdi.
Baxdı insan oğlu xoş amalına,Çəkdi bayrağını gül üzlü səhər.Alqış dövranına, istiqbalına.Kor olsun üzünə kəc baxan gözlər!
Yüz il qələm çalsam gözəl hüsnünə,Doyarmı eşqindən sadiq bir ürək?Alqış bu dövrana, alqış bu günə,Gəl, əziz bayramım, bir də öpüşək!
Gəl ki, sən gələndə şadlanır ömür,Gül açır gəncliyin dili, ağızı;Səhralar al geyib gülə bürünür,Sevinir yurdumun oğulu, qızı.
Əlində tutduğun o böyük məşəlGöstərir aləmə qurtuluş yolu…Bütün yer üzünün salamına gəl.Qoy öpsün alnını hər insan oğlu!
Əyninə geydiyin o qızıl köynəkİgidlər qanından bir yadigardır.Gəl, əziz bayramım, bir də öpüşək,Eşqinlə yaşayan nə bəxtiyardır!..
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-oktyabr
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nəsən? Hər zaman, hər an çalxanan,Bu darğın qəlbimin həyəcanısan.
Acı gülüşlərSən ey altun qəfəslərdə xumarlanan, süzulən,Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?
Bir yaz sabahının ilk azanıydıBir yaz sabahının ilk əzanıydı,Süzüldü gözlərim xumarlanaraq.
Çəkdiyim ağrılar bir yana dursunÇəkdiyim ağrılar bir yana dursun,İnsafı, mürvəti sən atmadınmı?
Başqa şairlərin şeirləri · Eşq
Şuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
GəzirBilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.