Sən nəsən? Hər zaman, hər an çalxanan,Bu darğın qəlbimin həyəcanısan.Artıq unudulmuş keçən günlərinGözümdə canlanan son nişanısan.

İncəlik hər qəlbi qəhr edər gerçək!Gəl bu əninindən*, ahından əl çək.Sən ey yazıq şerim, ey solğun çiçəkMatəm dəryasısan dərd ümmanısan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri