Məktub
Nə qədər "xoş gəldi" qulaqlarıma
Bir əfsanə qədər dadlı sözlərin...
Duyduqca dərin,
Dərin bİr yalan var bu sözdə, yalan!
Çılpaq çiyinləri günəşdə yanan
Zəncirdəki zənci demozdi bunu!
Deməzdi, inan!
Küləkləri zəqqum qoxuyan
qum çöllərinin,
Görmədiyim,
Fəqət tanıdığım şərq ellərinin
qocası və gənci deməzdi bunu!
Fəqət sən,
Sən dedin, ey "şair",
bunu kef üstdən...
Çünki sən.
qızğın qurşunlara sinə gərmədin,
Atlı nəfərlərə yol göstərmədin...
Çünki o yolu,
O yol ki, varlığı üsyanla dolu,
sən görmədin o yolu
Yumşaq və ağ dərin
İpəklər içində xumarlandıqca,
Yosma gözəllərə dastanlar dedin,
Nəşələr yedin!
Görmədin meşin jaketli
rus işçisinin qızıl
gülləsini,
O top-tüfəng səsini.
Görmədin sən,
Aclığından dişləri kilidlənən
Qatar-qatar
bölük-bölük,
yığın-yığın canları,
fədakar insanları;
Sən görmədin o ili,
Görmədin, Rəfili!
Rəngi qan,
qəlbi qan,
Göylərin ən qatı qatına qalxan,
Bir günün zərrəsindən,
tufanların səsindən
yaranan bu həyat qanadlandıqca,
Yolçular atlandıqca,
Bu axın səni də aldı qoynuna;
Sənsə "ona könül verdin
Və sarıldın boynuna"...
Dəyişdi adət,
Gəzdi ürəkləri sevinc, səadət.
Al saçaqlı şəfəqlərə bələndin,
Sevindin, nəşələndin...
Gözlərinə
Sarı bir eynək taxdın
Həyata hər şeyə biganə baxdin...
Ancaq eşit
Söyləyirik biz;
Bu gündən sonradır mübarizəmiz.
Yalandır həyatı nəşədə duymaq,
Yalandır həyata nəşədən uymaq!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«Kəndə, kəndə və kəndə və yenə də kəndə!»Belə yazdı bəziləri şeirin başında turp əkəndə.
Keçdi günlər ki...Keçdi günlər ki, sənin hüsnünə pərvanə kimiGərərək köksümü yandım uca eşqimlə həmən;
Sən o deyilsən ah!Sən o deyilsən, ah!.. Dəyişdin, döndün,Buludlar qoynunda parladın, söndün?!
Rot frontGözlərim sancılarkən bu bayrağın rənginə,İçimdə dalğalardan gurultu qopdu yenə...
Başqa şairlərin şeirləri
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Bu gecəDərin-dərin uçurumlar, vərəmli fırtınalar,Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.