«Kəndə, kəndə və kəndə və yenə də kəndə!»Belə yazdı bəziləri şeirin başında turp əkəndə.

Sevmədim qurama sözlərin cansız hərəkətinivə beynimə zorla pərçimlənən bu sözlərin ləzzətini...

Sevmədim imzasını görünmək üçün atan,qəlbi şablon və şarlatan şairlərinyerində şıllaq atmasını;Sevmədim onların sənət adınaxaltura yaratmasını.

Qoy oxucu gözlərinə gözlük taxsınvə bu «şeir» adını daşıyan sözlərə bir də baxsın:

«Kəndə, kəndə və kəndə və yenə kəndə!»

Məncə, bu «şeir» açıqca deyir:

İçəriyə pəncərələrdən göz atanlarıngörüb yaşamadığıhəyat səhnəsini

Və qəlbini pula satanların Ən aciz səsini...Daloy qəlbini proletarın və şeirdə qəlbi kimiduymayan şerilik izi qoymayan bu qafiyəli dəllallar!Sənətin bazarına sürülməsin bu saxta mallar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri