Dərdimi
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimiDərdsizlər nə bilirlər dərdlilər dilin,Gərək deyəm dərdli qana dərdimi
Dərd əlindən ciyər döndü bir yana,Ağlamaqdan didəm döndü Ümmana,Saldın fələk çünki məni hicrana,Daxı vermə bir insana dərdimi
Kəcrəv fələk, dərdi mənə bar etdin,Gecə gündüz işim ah ü zar etdin,Artıra artıra bərabər etdin,Daxı dəryayi-Ümmana dərdimi
Bunda gün keçirirəm mən niyaz ilə,Bülbül nalə edər çox güdaz ilə,Dülgər oğlu gərək deyə saz ilə,Gün doğandan gün batana dərdimi
Kitabxana.az · https://kitabxana.az/works/calutlu-dulger-oglu-derdimi
Başqa şairlərin şeirləri
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
NaməniQəriblikdə qəmxarımsan, əzizim,Yetirərsən bir də dosta naməni.
Yara yüzAğlaya-ağlaya düşdüm yollara,Yar ayrısı dərdü-möhnət, yara yüz.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?