Oynaşır
Katiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.Fitnəli, fellisən, nazü-qəmzəli,Dəhanında şirin dillər oynaşır.
Eşqinin əlindən gedərəm bada,Dərdim olur gündən-günə ziyada,Şivəyi-rəftarın düşəndə yadaBağrımın başında millər oynaşır.
Dad elərəm, haray naşı əlindən,Yandı cigər eşq ataşı əlindən,Mən nə deyim gözüm yaşı əlindən,Üzüşür sonalar, göllər oynaşır.
Adam var dolanır məkrin içində,Adam var dolanır zikrin içində,Sənin kamalında, fikrin içindəƏcaib-qəraib hallar oynaşır.
Pəriyəm, xəlq ara olmuşam bacı,Kimsənin kimsəyə yox ehtiyacı,Bəlxü Buxaranın, Hindin xəracıZənəxdanda siyəh xallar oynaşır.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-peri-oynasir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
Eşitmişdik, qulluğuna yetişdikEşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.
Mürşidi-kamildən dərsimi aldımMürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
SəninNə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?
Başqa şairlərin şeirləri
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Dünya bir nəğmə idiMus: Oqtay Kazıminindir*Dünya bir nəğmə idi, dünya bir yuxu idi,
Ey əqlü fəhminə qalan aciz sualımızŞərh etməsək də biz, sənə vazehdir halımız.