Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Bundan qiyas eylə ki, gör gahi yay olur,Gahi xəzanü, gahi zimistanü, gahi bahar.
Gah səfavü eyşü təravətdə gülü çəmən,Məcmu səbzü xürrəm olur bağu laləzar.
Gah fəsürdəxatir üşşaq tək zəmin,Fəsli-xərif cümlə nəhifü fükarü qar.
Güldən gedər o ətrü səfa gördüyün tamam,Biçarə əndəlib olur bağdan kənar.
Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,Eylər cəhanə xosrovi-sultani-tafdar.
Gəh bir əzizi sərvərü sultanü xan ikən, -Eylər bu ruzigari-cahanda zəlilü xar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ari Xəzani dəhrdə bu rəsmdir qədim,Əlbəttə bu fənayə könül vermə zinhar.
Kitabxana.az · https://kitabxana.az/works/mir-mehdi-xezani-ovzai-dehru-kari-cahanu-dovru-ruzigar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Bir ay əmindiKönlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.