Genə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.

Gər alır canımı oldurmək ucun, eyb deyil,Qureyi-eşqdə can ol gozu səyyadə düşüb.

Bağban, sərvlər ovsafını cox soyləmə kim,Sərvlər coxdu və lakin bu bir azadə düşüb.

Murği-dil rəşki-gulustani-ruxunlə daimŞuru əfganə gəlib, naləvu fəryadə düşüb.

Xahişi-royət ilə gər yanıram atəşə mən,Bu təmənnayə ki, mən duşdum, o Musa də düşüb.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xəzani, rəhi-eşq icrə məni mən etməKi, bu sevdayə konul aləmi-baladə düşüb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq