Sən ey altun qəfəslərdə xumarlanan, süzulən,Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?O qəlbdir ki, həyatında min bir acı yemişdir,Əzəl gündən gəncliyini sənə qurban demişdir.O qəlbdir ki, yetimlikdə, yoxsulluqda boğuldu,Təbiətin ən qarışıq bir günündə doğuldu...İştə, məni qəhr edirkən bu sayğisız səfalət,Vurulduğum o gözlərdə mən axtardım səadətFəqət, sən ey zənginlərin, böyüklərin yavrusu,Dünyalara hakim olan bir şairin qayğusuƏsdi qara yellər kimi, gəlib keçdi yanından,Mən doymaram ovuc-ovuc içsəm belə qanından...Özün gəl, ey sevdiciyim, özün çıx meydanıma.Ya qanına mən boyanım, ya sən boyan qanıma...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri