Yatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruzBelə sualından eylə əstəğfürullah,Haşa sual olmaz qəzaya, xoruz

Hər əşya ki müsahibi-qüvvət olur,Min yaşasan axır bir gün fövt olur,Küll nəfsin zaiqətül-mövt olur,Ümid yoxdur bu gündən fərdaya, xoruz

Tavus cilvəli gülgünə libas,Bu günkə heç etmədin sən qiyas,Deyirdin ayılın, ya əyyühən-nas,Yetirdi fəryadın səmaya, xoruz

Səndən əzəl keçən şahi-müəzzəm,Neçə padşahlar Cəmşid ilə Cəm,Onları da sənin tək bu təğ-i-sitəm,Cəlladvəş verdi cəfaya, xoruz

Əgər eşitməmisən, olursan təskin,"İza cəə əcəluhum" ayəsin,Zakir tək qəlbini tut mütməin,Gedərsən Cənnətül-məvaya, xoruz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri