Könlüm səni istər
Yüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,Yüz bəzm ü cam ola, könlüm səni istər,Yüz kürbət xudkam ola, könlüm səni istər,Yüz məclis bayram ola, könlüm səni istər
Yüz işvə ilən can alıcı gözləri kafir,Yüz naz edici aşiqinə şux və sitəmkar,Yüz püstə dəhən dişləri dür, ləbləri şəkər,Yüz sərvi-səhi qədd xəraman sənəvbər,Yüz cilvə xoş-əqdam ola, könlüm səni istər
Yüz məqsədi-dil, feyzi-nəzər, nik-ədalər,Yüz zülfi-səmənbu, saçı aşufta bəlalər,Yüz qaşı kaman, kirpiki ox, qəhr ü qadalar,Yüz çeşmi-siyah, baxışı ahuyi-xətalar,Yüz vəhşi əgər ram ola, könlüm səni istər
Yüz kafir tərsabəçə qarətgəri-iman,Yüz hüsni-qəmər, hər biri bir afəti-dövran,Yüz ləl ləbi abi-bəqa çeşmeyi-heyvan,Yüz badəkeşi-saqi-sərməst qəzəlxan,Yüz gərdişi-əyyam ola, könlüm səni istər
Yüz dilbəri-Şiraz ola, yüz şux Səfahan,Yüz Türki-Xəta, yəni ki məhbubi-Səmənkan,Yüz Misri-Züleyxa ola, yüz Yusifi-Kən'an,Yüz Mücrim dilxəstə Kərimin kimi xoşxan,Yüz sübh ilə axşam ola, könlüm səni istər
Kitabxana.az · https://kitabxana.az/works/mucrim-kerim-konlum-seni-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
Dol arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nə də baxmaz o Mövlaya dol arvad.
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.
OlaydıBarilahi, bu dəhri-fənadaNə olurdu bir həvadarım olaydı.
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Qansı gülşən gülbüni sərvi-xuramanınca var?Qansı gülşən gülbüni sərvi-xuramanınca var?Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var?
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.