Bəndədən utanmaz, hakimdən qorxmaz,Nə də baxmaz o Mövlaya dol arvad.Gəzər qonşuları, xəbər örgənər,Onları ölkəyə yaya dol arvad.

İşlərə can verməz, gündəlin yatar,Dolusun yeyibən, boşların atar,Arpanı, buğdanı gizlincə satar,Verər əməyi zaya dol arvad.

Dol arvad alanlar bixəyal olur,Dol arvadda qəribə-qəribə hal olur,Gecə-gündüz işi qil-ü-qal olur,Salar səni bir davaya dol arvad.

Eşidin (Kərim)in bu nəsihətin,Qız alanlar sürər ömr-ü hiddətin,Götürmək asandır, saxlamaq çətin,Vallah dəyməz bir paraya dol arvad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri