Yaxın gəl
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.Çıx daldadan, boyun görüm, yar, səninYandırma oduna məni, yaxın gəl.
Hərdəm-hərdəm al qumaşı geyirsən,Eşq əlindən piyaləni içirsən.Eşitdim ki, təzə qəzəl deyirsən,Oxuduğun mahnı hanı, yaxın gəl.
Aşıq Camal səni yadlara qıymır,Tutubdur yaxandan, heç əldən qoymur.Uzaqdan baxmaqdan gözlərim doymur,Elimin şöhrəti, şanı, yaxın gəl.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-camal-yaxin-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.