İthaf

“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,Höccətsiz olan dəvayi-bihudə nə layiq?Susdunmu, ya qorxdun, bumu asari-məhəbbət?Çöhrəndə neçün cilvələnir haleyi-həmrət?İstərsən ola qismətin əyyami-baharım,Peymaneyi-əzvaqım ilə busü kənarım?İstərsən atılmaqlığı ağuşi-vüsalə?Heyhat ki, düşmüşsən əcəb xam xəyalə!..Anlarmısan, aya ki, nədir sevgi, nədir eşq?Keçmiş şüəra yazmış o dərsə belə sərməşq:“Eşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun”,Bildinmi, nədən ötrü verilmiş sənə qüvvət?İdrakü şüur, əqlü zəka, ruhü dərayət?Bildinmi, həyatın nədir amalı, səlahı?Tənha gecələr uykusuz açdınmı sabahı?!Bir ləhzə çalışdınmı, ya dözdünmü cəfayə,Bəs ömrünü verdin nerədə badi-fənayə?!Susdun, ya yalandırmı sözün, haydı, çəkil get!Sevdiklərin uğrunda yenə ömrünü sərf et!Uy fisqü fücurə, tərəbə, çəngü rübabə,Ləhvü ləəbə, gəncəfəyə, camə, şərabə.Məndən uzaq ol, eyləmə bihudə ricalər,Girməz hərəmi-vəslimə aludə ridalər.Satlıq deyil eşqim, ürəyim, busəm, inan, bil,Can nəqdidir ol neməti-üzmayə müqabil.Olseydin əgər sən mənə bir aşiqi-sadiq,Rəftar ilə göftarın olardı mütəvafiq.Qəlbində əgər olsa idi atəşi-sevda,Çöhrəndə olardı onun asarı hüveyda.İncitsə idi qollarını qeydi-əsarət,Çeşmində yəqin parlar idi bərqi-cəsarət.Uçsaydı əgər qanlı bulutlar üzərində,Olsaydı tikən, daşlı yoxuş rəhgüzərində,Zəhmətlərə, zillətlərə düşmüş yorulaydın,Ol halidə gər mayilü müştaqım olaydın.Əlbəttə, bu gün mən də sənin yarın olardım.Ağuşə çəkib talibi-didarın olardım.Lakin nəçisən, kimsən, uzaş etmə əziyyət,Biganəsən, olmaz məni görmək sənə qismət!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq