Haşımbəy Vəzirov cənablarının ruhuna ithaf

Ey yorulmaq bilməyən ustadımız!Yandı mövtünlə dili-naşadımız,Ey dəyərli, adlı millət xadimi!Matəmində naləvü fəryadimi.Haqlıyam yüksəltsəm ərşi-davərə,Nazənin cismin yaxışmaz yerlərə.Pək çox erkən dəsti-qəddari-əcəl,Bizləri səndən ayırdı biməhəl.Sən füruzan məşəli-ürfan idin,Dəmbədəm ətrafa nurəfşan idin.Doğru əfkarın “sədayi-həqq” idi,Çün “həqiqət”dən olar müştaq idi.Atəşin qəlbinlə pək fəal idin,Qeyrəti-milliyyəyə timsal idin.Millət uğrunda çalışdın ruzü şəb,Çəkdin az ömründə çox rəncü təəb.Aqibət dözmüb daha zəhmətlərə,Tərk qıldın bizləri zülmətlərə.Sığmadın zülmətsərayi-aləmə,Hicrət etdin mavərayi-aləmə.Yəni kərrubilərin məvasına,Lütfi-həqqin sayeyi-tubasına.Millətə öz nəfsini etdin fəda,Şübhəsiz, etmiş sənə rəhmət xuda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq