Dilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.

Firqətin dövründə dilbər, xəstə canım oldu zar.Şərbəti-ləli-ləbin bu dərdimin dərmanıdır.

Mehrü qəhrindən anın, aşüftə könlüm, ğəm yemə,Kim, mana cövrü cəfası lütfilə ehsanıdır.

Zahida, vermə nəsihət eşqi tərk etgil, deyüAşiqin allah bilir kim, sevgisi rəhmanıdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, cövrü qəhrindən cahanın incimə,Hər nə kim bəndə yoluna gəlsə həq fərmanıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq