Dilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.

Şol münəvvər çöhrənin qatində kəmtər zərrədir,Gərçi xurşidin məqami asiman üstündədir.

Eşqinə seyd olalı hər dəm bu canım qəsdinə,Qaşü gözün dilbəra, tirü kəman üstündədir.

Gərçi derlər mahi-taban nur alur xurşiddən,Nuri-hüsnin afitabi kün-fəkan üstündədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dövləti-vəslin dilər miskin Xətai hər zaman,Xaki-payintək məqami asitan üstündədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq