Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.

Baği-hüsnində boyun sərvi-xuraman dedilər,Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir.

Taki səndən düşəli ayrı, əya ruhi-rəvan,Gözümün yaşı mənim qətreyi-baran kimidir.

Ruyi-muyin görəli fürqəti-hicranda nə ğəm,Zülfü-ruyin sənəma, şəmi-şəbistan kimidir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai düşəli söhbəti-vəslindən iraq,Bağrı büryan kimiyü gözləri giryan kimidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq