Bağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!

Şirvan xəlayiqi qamu Təbrizə daşına,Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar?

Yetdikcə tükənür ərəbin kuyü məskəni,Bağdad içində hər necə kim türkman qopar.

Çıxsa saraydən bu cahan vadisin tutar,Bir mürşidi təriqəti-pirü cavan qopar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Görmişdi ta Xətai əzəldən yəqin bunu,Nuhun əlaməti gəlir, andan tufan qopar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən