Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.
Növbahar oldu, gözüm istər cəmalın görməyə,Əzm edib gülşən saru, seyran edərsən, vəqtidir.
Çox zamandır qönçətək bağrımnı pürxun eylədin,Ləblərini gül təki xəndan edərsən, vəqtidir.
Zülməti-hicrin fəraqın çəkmişəm, dövranda çox,Vəslini bu könlümə mehman edərsən, vəqtidir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xeyli vəqtdir kim, Xətai zülməti-hicran çəkir,Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dilbera-bu-derdime-derman-edersen-veqtidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül bir yarı sevdi kim, pəridir,Cahan içrə gözəllər sərvəridir!
Könül ta kim, ğəmindən aşinadırKönül ta kim, ğəmindən aşinadır,Qərarü səbrdən mütləq cüdadır.
Kuyin sənin ki, rozeyi-darüssəlamdirKuyin sənin ki, rozeyi-darüssəlamdir,Mehrab qaşların ona, çeşmin imamdir.
Qızıl gül, bağü bustanım, nə dersenQızılgül, bağü bustanım, nə dersən?Fəda olsun sənə canım, nə dersən?
Başqa şairlərin şeirləri · Hicran
Bir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.
Nə etmişəm fələkə, boylə qıldı zar məniNə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.