Qızıl gül, bağü bustanım, nə dersen
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qızılgül, bağü bustanım, nə dersən?Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,Kəsildi, külli fərmanım, nə dersən?
Əridi iliyim, qaldı sümiyim,Bu təni tərk edər canım, nə dersən?
Qamu dərdlilərə dərman bulundu,Dəvasız dərdə dərmanım, nə dersən?
Qamunun küfr ilə imanı vardır,Mənim küfr ilə imanım, nə dersən?
Sənin məqsudun oldur kim, ölüm mən,Halal olsun sənə qanım, nə dersən?
Əgər yatsam min il torpaq içinde,Dürüstdür əhdü peymanım, nə dersən?
Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai can ile çün səni sevdi,Sevən ölsünmi, sultanım, nə dersən?!
Kitabxana.az · https://kitabxana.az/works/xetai-qizil-gul-bagu-bustanim-ne-dersen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül, nə gəzirsən seyran yerində,Aləmdə hər şeyin var olmayınca?!
VarmıdırMən dərvişəm deyə köksün gərərsən,Həqqi zikr etməyə dilin varmıdır?
Vücudim şəhrin seyr edib gəzərimVücudim şəhrin seyr edib gəzərim,Didar ilə məhəbbətə eşq olsun.
Biz də xanədanə gedər der idikBiz də xanədanə gedər der idik,Mehman canlar, bizə səfa gəldiniz.
Başqa şairlərin şeirləri · Eşq
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,
Təğafül eyləmə, ey badi-səbaTəğafül eyləmə, ey badi-səba,Tezlik ilə yetir yarə dərdimi.
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.