Olmayınca
Könül, nə gəzirsən seyran yerində,Aləmdə hər şeyin var olmayınca?!Olura-olmaza dost deyib gəzmə,Bir əhdinə bütün yar olmayınca.
Yürü, sufi, yürü, yolundan azma,Elin qeybətinə quyular qazma,Yorulma bihudə, boşuna gəzmə,Yanında mürşidin var olmayınca.
Qalxdı, havalandı könülün quşu,Qovğa, qeybət etmək kötünün işi,Ustadın tanımaz bunda hər kişi,Onun kim mürşüdü ər olmayınca.
Varub bir kötüyə sən olma nökər,Çərxinə dəgər də, dolunu dögər,Nə Xudadan qorxar, nə hicab çəkər,Bir kötüdə namus, ar olmayınca.
Şah Xətayim edim bu sirri bəyan,Kamilmidir cahil sözünə uyan?Bir başdan ağlamaq ömrədir ziyan,iki başdan mühibb, yar olmayınca.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-olmayinca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.
Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedərGetmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdirGəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.
Gəl təraş et xəttini, şahi-cahan üç gündə birGəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Başqa şairlərin şeirləri
Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Vətən ətriHərdən mənə elə gəlirEldən uzaqdayam mən,