Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.
Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim,Mülki-fani sanmagil, kim nə sana qaldı, mana.
Ta kim, ol xurşidrux getdi gözümdən su təki,Göz yaşım onun üzündən aşina qaldı mana.
Sən gedəndən bərlü anca zarü əfğan etmişəm,Yerü gög, insü mələk cümlə baxa qaldı mana.
Dilbərin getdi, Xətai, sən nedirsən dünyanı?Çünki can getdi, bu tən, yarəb, niyə qaldı mana!
Hərdəm ğəmində naləvü ahim yetər mana,Dünya yüzündə ol yüzi-mahim yetər-mana.
Isbat qılmışam ruxi-zərd, əşki-sürximi,Dəviyi-eşqə böylə güvahim yetər mana.
Aləm xəlayiqi mənə cümlə həsud ola.Ol asitanın iti pənahim yetər mana.
Zahid, ögünmə, taleyi-sədəm, deyib yüküş,Sən var işinə bəxti-siyahim yetər mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kəsmə ümidi-rəhməti həqdən, Xətai, sən,Cümlə xətadə lütfi-ilahim yetər mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-getdi-ol-mehru-yanimdan-yuz-cefa-qaldi-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva,Həm anın şənində münzəl ayəti-şəmsül-züha.
Ta ki, dərdindən olubdur yürəgim sədparələrTa ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,
Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlərTa ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alurTa kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.