Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.

Qayib oldu gül yüzün çeşmindən, ey ruhi-rəvan,Qorxaram ki, sünbüli-ənbərfişan əldən gedər.

Candan oldum, ey pərivəş, möhnətindən tanrıçün,Qıl tərəhhüm ki, bu cismi-natəvan əldən gedər.

Ahim odundan kim oldu yerü göy zirü zəbər,Ehtiyat et ki, zəminü asiman əldən gedər.

Mən yaman etsəm neçə, sən yaxşılıq qıl, ey əziz,Nəsnə qalmaz dünyədə, yaxşı-yaman əldən gedər.

Basmadın hər yerə kim bir dəm qədəm tutmaz qərar,Məskən eylə, çün müşərrəfdir məkan əldən gedər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai, ey sənəm, bir dəm cəmalın görməsə,Taqət etməz də kim ol ruhi-rəvan əldən gedər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar