Telinə
Səninlə mən görüşəndə,Qolum doladım belinə.Axıdanda göz yaşını,Dözəmmədim mən selinə.
Məni axtar gül-çəməndə,Salıbsan məni kəməndə.Şəkər dodağın əməndə,Qurban ollam mən dilinə.
Əsəd səni arayanda,Qoymaz səni heç bir yanda,İşvə telin darayanda,Mail oldum mən telinə.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-esed-teline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə bilsin
Ay üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.
O gözəldi, bu gözəlNagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.
On il qulluq etdim mən ƏləsgərəOn il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.
GəlincəDostum, mənə vədə verdin, gəlmədin,Çox çəkərəm ahü zarı gəlincə.