Eldən vüqar alaram
Təpədən yol salaramDağlara qalxmaq üçün.Təbiəti sevirəmSadəcə baxmaq üçün.Torpağa baş qoymaramYalnız dincəlim deyə.
Lazım gəlsə, gedərəmOnun üçün ölməyə.Darıxaram, dağınıqGörəndə durnaları.Göyə yaraşıq verirDurnaların qatarı.Qürub çağı istərəmMən susam, bulaq dinə.Qulaq asam sularınSonsuz hekayətinə.Əlim gəlməz dərim mənHər çiçəyi, hər gülü.Bənövşəni dərərəmO körpə dayanmasınTəki boynu bükülü.Yalnız dənizdir deyəSevməyirəm dənizi.Dincəlirəm sulardanQalxdıqca nəğmə səsi.Eldən vüqar alıramTəbiətdən şeriyyət.Həyatı duya-duya,Həyatı sevə-sevəNəğmə yazmışam fəqət...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-elden-vuqar-alaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən istərəm o dağlarda keçməyə,Kaş yarıda qalmayaydı bu yollar.
Səsimə səs verər...Ömrün yollarında yoxuşlar olar,Əsla qorxutmayır yoxuşlar məni.
Könül dünyamKönül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.
Qurban olumVətən, sənin sal qayana,Boz daşına qurban olum.