Vətən, sənin sal qayana,Boz daşına qurban olum.Hamar yolların bir yana,Yoxuşuna qurban olum.

Dağ başını alanda çən,Bulud-bulud yağıb keçən,Ətək-ətək dolu tökənYağışına qurban olum.

Ayrılıq dağ çəkdi mənə,Vətən, deyib dözdüm yenə.Sənin ana şəfqətinə,Qarğışına qurban olum.

Səhərinə, axşamına,Dadlı, şirin kəlamına,Tükənməyən ilhamına,Alqışına qurban olum.

Həsrətiyəm güllərinin,Aylarının, illərinin,Şırıl-şırıl sellərininAxışına qurban olum.

Hey coşaram ləpə-ləpə,Nağıllaşar dərə-təpə,Bu könlümə şeir, nəğmə --Baxışına qurban olum.

Biz sonu yox ayıq, ilik,Biz doğmayıq, yad deyilik,Taleyin bu, əbədilikNaxışına qurban olum.

Vətən, sənin sal qayana,Boz daşına qurban olum.Hamar yolların bir yana,Yoxuşuna qurban olum,Qurban olum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar