Əs, ey yaz küləyi
Nə ola, dönəydim ötən illərə,Nə ola, qalxaydım dağlara bir də.Nə ola, qarışıb tər şitillərəTəzədən açaydım geniş çöllərdə.
Ömrümün payızlı dünyasına kaşÖmrümün baharı gələ biləydi.Mənə yaz küləyi olaydı yoldaş,Bəxtimin ulduzu gülə biləydi.
Gəzəydim Təbrizi küçəbəküçə,Bir də yaşayaydım o çağları mən.Yığaydım dövrəmə mən bircə-bircə,O cığal, o dəcəl uşaqları mən.
Çoxlu şeir deyib bəhsə girəydik,Uca qələmlər nəğmələnəydi.Yaşıl bağçaları sevindirəydik,Quşlar yuvasına uçub dönəydi.
Bir az nənəmizin nağıllarından,Söhbətlər açaydıq biri-birinə.Babaların igid oğullarından,Dastan danışaydıq qürurla yenə.
Bir az özümüz də nağıllaşaydıq,Ürəkdə qəhrəman olmaq arzumuz.Bir az igidləşək, oğullaşaydıq,Duraydı cərgəyə uşaq ordumuz.
Yolları yoraydıq bir an içində,Nə ola, qan-tərə bataydıq yenə.Axşam qaş qaralıb günəş köçəndə,Qayıdıb gələydi hər kəs evinə.
Ata qayğıları, ana şəfqətiUşaq ömrümüzə zər səpəydi, zər.Döndərib şərbətə doğma şəfqətiKaş ki, bir də bizə içirəydilər...
Yanımızdan külək keçdimi, gərək,Dalaşaydı körpə bacı, qardaşlar.Gözümüzün yaşı quruyanadəkBarışaydı körpə bacı, qardaşlar...
O gündən bir sinə xatirat qalmış,O günə qovuşmaq həvəsim artar.Əs, ey yaz küləyi, əlimdən yapış,Məni o əlçatmaz dünyama qaytar...
Qovuşum uşaqlıq adlı dünyama,Açılsın könlümün qaşı, qabağı.Əs, ey yaz küləyi, məni qınama,Hər kəsə şirindir uşaqlıq çağı...
Sadəcə xatirat deyilsiz, axı,Ey mənim analı keçən illərim.Dağ selləri kimi çağlayıb, axıb,Ömrümdən, günümdən köçən illərim...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-es-ey-yaz-kuleyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yol üstündə gəlin söyüd boylandı,Hörükləri qızıl zərə boyandı.
Nazı artır güllərinDağ başına duman gəlsə danışma,Dağ başından bir gün duman düşər bil.
QayıtdınCanım, gözüm, nə yaxşı ki, qayıtdın,Nə yaxşı ki, bu yollara düşdü gün.
İndiDağıldı cəlalı üzü boz qışın,Yazın taxta çıxan vaxtıdı indi.