Çalınmamış toylarım var...
Mən istərəm o dağlarda keçməyə,Kaş yarıda qalmayaydı bu yollar.Əyilib buz bulaqlardan içməyəKaş yarıda qalmayaydı bu yollar.
Savalanın zirvəsi qar olar hey,Zaman-zaman orda duman qalar hey.Mən getməsəm, bənövşələr ağlar hey,Kaş yarıda qalmayaydı bu yollar.
Biçənəklər əllərimin həsrəti,Aylarımın, illərimin həsrəti.Bağım, bağçam yollarımın həsrəti,Kaş yarıda qalmayaydı bu yollar.
Çalınmamış toylarım var o tayda,Yaşanmamış aylarım var o tayda.Deyilməmiş boylarım var o tayda,Kaş yarıda qalmayaydı bu yollar.
Deyən yox, bu, sinən üstə nə közdü,Ayrılığı taleyinə kim yazdı.Loğmanım da, dərmanım da Təbrizdi,Kaş yarıda qalmayaydı bu yollar.
Çaxılmayan şimşəklərdə gücüm var,Tufanlarda, küləklərdə gücüm var.Əyilməyən biləklərdə gücüm var,Kaş yarıda qalmayaydı bu yollar.
Sellər, sular durulmasa, nə fayda,O zəncirlər qırılmasa, nə fayda,Durulası çaylarım var o tayda,Kaş yarıda qalmayaydı bu yollar.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-calinmamis-toylarim-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Həyat-sevməkdirQurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.
Xəzər “qocalıb”...Dəniz ləpə-ləpə,Dəniz şüşə-şüşə,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.