Dəniz ləpə-ləpə,Dəniz şüşə-şüşə,Dəniz qalxa-qalxa,düşə-düşə,Cavahir parıltıları,Gözlərə düşə-düşə,Dəniz pul-pul.Atam dedi:Xəzər belə olmurhəmişə,oğulOna kişi gərəkCumuşa bərk!Ona kişi gərəkKişi ürək!Babalar söyləyib:Xəzər qərinədə bir yol belə olur,Belə olanda,Xəzər də adam kimiFikrə dalır,Axtarır, sən deməXəzər ürəkli oğullarınıTapşırmaq istəyirbu qoca,rahatca,Onlara bütün varını...– Dənizin nə varı?Atam: – Var!.. – dedi– Xəzərə çox yaraşırXəzər ürəkliOğullar!.. dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar