İsti yay günündə bir söyüd altdaUzandım bir qədər dincəlim deyə.Məni görən kimi kölgəliyindəBaşladı yarpaqlar yaman əsməyə.

O, yaşıl söyüdə nə oldu görənNiyə küyə düşdü o, nədən qorxdu?Sərin kölgəsində uzananda mənKülək əsməyirdi, tufan da yoxdu.

Haça yarpaqları qəşəngdi, lakin,Bir üzü yaşıldı, bir üzü ağdı,Bir şeyə iki üz verən təbiət,Məni fikrə çəkdi, heyran buraxdı.

Baxdım mən söyüdə heyrətlə baxdım,Yarpaqlar pıçhapıç pıçıldaşırdı.Barsız iki rəngli bu yarpaqlaraGizli pıçıltılar çox yaraşırdı.

Durdum qəmli-qəmli düzəldim yola,Dedim: – açıq olar hər sözü mərdin.Ayağın olsaydı bu pıçhapıçla,Yüz illik dostları düşmən edərdin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri