Qardaşlar deyəÇağırardılarHəyətdə bizi.Qardaşlar deyəÇağırardılarHər üçümüzü.Yaramaz bir işGörsəydik əgər,Xəbər verənlərDeyəcəkdilər:“Daş ilə vurdu,Şüşəni qırdı.Aşağı birbaşQaçdı üç qardaş”.Yaxşı işimizDüşərdi dilə.Bunu görənlərDeyərdi belə:“Nə gözəl, baxın,Görün dam tikib,Elə bil böyük –Bir adam tikib.Bütün uşaqlarBacaraydı kaş!Yaşa üç qardaş!..”Bəli, adımızDüşmürdü dildən.Qardaş kimiydik –Əli, Həsən, mən.Həsən ucaboy,Enlikürəkdi.Əli bir azcaOndan gödəkdi.Amma hamıdanƏli zirəkdi.

Bir neçə söz dəDeyim özümdən:Boyda hamıdanKiçik idim mən.Amma dəcəldim,Şıltaqdım yaman.Yerimdə rahatDurmazdım bir an.

Qardaşlar deyəÇağırardılarHəyətdə bizi,Qardaşlar deyəÇağırardılarHər üçümüzü.Bir yerdə getdikMəktəbə də biz.Yaman sevindiÜrəklərimiz.Məktəbli olduqDedik bu gündən.Məktəbli olduq –Əli, Həsən, mən.

Beləcə illərBir-bir ötüşdü,Keçdikcə günlərBiz yaşa dolduq.Boylu-buxunluOğlanlar olduq.Dostumuz kitab,Sevdiyimiz dərs,Elmə, sənətəGöstərdik həvəs.Keçdikcə günlərDolurduq yaşa,Əhsən deyərdiBütün görənlərBu üç qardaşa.On doqquz yaşaÇatdıq hərəmizArzular səma,Arzular dəniz!Biz üç qardaşınBirisi şair,Birisi həkim,Biri mühəndis,Olmaq istədik.Amma...Bir səhərGurladı toplarUçdu mərmilər.Amma, bir səhərAna VətənəYayıldı xəbər:Qoy mərd igidlərOlsun səfərbər!Yerdən od yağır,Göydən qurğuşun.Düşmən göndərirDoğma torpağaNə qədər qoşun...Düz keçə-keçə,Dağ aşa-aşa,Çatdı bu xəbərBiz – üç qardaşa,Çatdı bu xəbərYersiz, vədəsiz!İşə baxın siz!Birisi şair,Birisi həkim,Biri mühəndisOlmaq istəyənBu üç dosta bax,

Bu üç qardaşa!Verib baş-başaÜzümüzdə kin,Dedik ölməyəİnan, səninçinHazırıq, Vətən!Əli, Həsən, mənBir səhər çağıAyrıldıq eldən.Bir səhər çağıƏli, Həsən, mən,Yenə yan-yana,Yenə qol-qola,Odlu cəbhəyəDüzəldik yola.Düzləri keçdik,Dağları aşdıq,Ana torpağıGəzdik, dolaşdıq.Xaraba kəndlər,Şəhərlər beləAlov içindəGəldilər dilə:– Qardaşlar, – dediQurtarın bizi,Toplar dağıtdıÜrəyimizi!Gördük qocalar,Uşaqlar beləDəhşət içindəGələrək dilə:– Qardaşlar, – dediQurtarın biziDüşmən tutmasınVətənimizi!Gördük ellərinQəzəbi coşmuş,

Xalq, Vətən! – deyəKöməyə qoşmuş.Biz də qoşulduqQəhrəmanlara.Vətən torpağıDüşməsin dara!Öndə ölüm, qan,Öndə duman, qan.Əli, Həsən, mən,Yenə də birgə,Yenə yan-yana,Düzləri keçdik,Dağları aşdıq,Bir qarış yerçinBir gün atışdıq.Batdıq tər-qanaYenə də birgə,Yenə yan-yana,Qürbətə düşdük,Möhnətə, düşdükSuyu da böldük,Çörəyi böldük,Aramızda tən,Əli, Həsən, mən.Yenə də birgəYenə yan-yana...Bir gecə qızğınDöyüşə girdikƏvvəlcə birgəƏl-ələ verdik,Sonra partlayanOdlu mərmilərAyırdı bizi.Dan söküləndəGörə bilmədikHəsənimizi...İtirdik onu,

Azərbaycanınİgid oğlunu,Durduq yan-yanaƏli, mən ...Həsən...Dönmədi geriDavadan elə!O gündən beləKeçib neçə yaz,Keçib neçə qış,Amma HəsəninAdı bir an daUnudulmamış.Keçib davadanNeçə il olar,Amma gələndəVətənə baharƏli ilə mənGüldən, çiçəkdənYığıb bir qucaq,Fikrə dalaraq,Əyib bir anlıqÇal başımızı,Yad eləyirikHəsənimizi,Qardaşımızı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri