Göyə bulud gələndə,Ürəyim sıxılır bərk,Bilirəm ki, əsəcək,Az keçməmiş ya külək,Ya da yağacaq yağış.Olmasa da hələ qış.Buludlara baxıram,Axırlar uzaqlara,

Bəzisi ağ, bəzisi,Kömür kimi qapqara,Buludlardan yuxarı,Yenə bulud qatarı.Sevmirəm buludları,Sevmirəm buludları,Bilirəm ki, gərəkdirBizə yağış da, qar da,Qış da, yaz da, payız da,Allı-güllü bahar da.Hərəsinin öz yeri,Öz xeyiri var bizə,Otlar boy atarmı heç,Yağış yağmasa düzə?Hə... buludu sevmirəm,Söylədim ki, əzəldən,Buludlardan yuxarı,Nə var deyim, indi mən:Buludlardan o yana,Günəş durur qırmızı.Görünür, sevindirir,Hər oğlam, hər qızı.İstəyirəm həmişəGöy üzü təmiz olsun!Qara buludsuz, açıq,Mavi bir dəniz olsun!Örtülməsin heç zamanAna günəşin üzü,İşıqlatsın şüası,Çölü, çəməni, düzü!Günəşdən də o yana,Çoxlu ulduzlar durur,Hava qaralan kimi,Elə bil ki, göz vurur.Hərəsi bir dünyadırUlduzların bəlkə də,Oralarda var dəniz,

Çox vətən, çox ölkə də?Bəlkə uşaqlar da var,Baxırlar ulduzlara?Bəlkə uşaqlar da var,Rəngi sarı, ağ, qara?Deyirəm ki, nolaydı,Ora uça biləydim,Əgər varsa uşaqlar,Əgər varsa zülmkar,Qoldakı zəncirləriQırıb, aça biləydim!Deyirəmi ki, nolaydı,Ora uça biləydim,Ora uça biləydim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar